Azərbaycanda hava proqnozu: 6 dərəcə isti, 28 dərəcə şaxta
Yanvarın 10-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, cənub-qərb küləyi arabir güclənəcək. Temperatur gecə 1-4 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq.
Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə dumanlı olacağı gözlənilsə də, Lənkəran-Astara zonasında arabir yağıntılı olacağı ehtimalı var. Bölgələrdə də cənub-qərb küləyinin əsasən dağlıq ərazilərdə arabir güclənəcəyi gözlənilir. Aran rayonlarında havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 23-28 dərəcə şaxta, gündüz isə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.