Bakı Metropolitenində sərnişin ölüb

Bakı metropolitenində sərnişin ölüb. Hadisə "Nizami" və "28 May" stansiyaları arasında qeydə alınıb. Ölən şəxsin kimliyi də məlumdur. APA TV-nin Vesti.az-a istinadən məlumatına görə, həyatını itirən şəxs 1954-cü il təvəllüdlü Valeri Mirolovdur. O, ürəktutmasından dünyasını dəyişib. Sərnişinlər onun özünü pis hiss etdiyini görüb və maşinistə daxili rabitə vasitəsilə xəbər veriblər. Vaqon növbəti stansiyaya çatdıqda ora təcili-tibbi yardım da gəlib. Bütün cəhdlərə baxmayaraq Valeri Mirolovun həyatını xilas etmək mümkün olmayıb.


 

 

Müəllif | Apa.Tv
Apa.tv