Bakıda daha bir polis rəisi işdən çıxarılıb
Bakıda daha bir polis rəisi işdən çıxarılıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı Metropolitenin Mühafizəsi üzrə Polis Şöbəsinin rəisi Əflatun Həsənov öz raportu əsasında işdən azad edilərək sərəncama götürülüb. Hazırda onun vəzifəsini şöbənin rəis müavini icra edir. Qeyd edək ki, bu gün Bakının Sabunçu rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavanşir Babayev də xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.