Masazırda quyuya düşən at xilas edilib
Masazır qəsəbəsi Abdul Hüseynov küçəsi döngə 2 ünvanında at su quyusuna düşüb. Quyuya düşən at bir müddət burda köməksiz vəziyyətdə qalıb.
APA TV-nin xəbərinə görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunublar.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə atı quyudan çıxarıblar.