Lənkəran sakinindən külli miqdarda narkotik götürülüb

Lənkəranda xeyli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini yaxalanıb. APA TV-nin cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Xaqani Novruzəli oğlu Qubadov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən əlindəki düyü kisəsindən 806,76 qram qurudulmuş marixuana və 298,653 qram tiryək, cibindən isə 1,7 qram qurudulmuş marixuana götürülüb. Hazırda polis Xaqani Qubadovun narkotik vasitəni kimlərdən alması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv