İmişlidə avtomobil körpüdən aşıb, 23 yaşlı oğlan kanalda boğulub

İmişlidə avtomobil kanala aşıb, sərnişin ölüb. Rayon Polis Şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə Qaragüvəndikli  kəndi ərazisində qeydə alınıb. Bəhramtəpə qəsəbə sakini Ədalət Əmirov  idarə etdiyi “Mercedes” markalı avtomobillə körpüdən keçərkən sürüşərək kanala aşıb. Qəza zamanı sürücü xilas olsa da, avtomobildə olan sərnişin, 23 yaşlı Əli Şirinov suda boğulub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib. Həmçinin əraziyə qaldırıcı kran cəlb edilib. Xilasedicilərin köməkliyi ilə avtomobil qaldırıcı kran vasitəsi ilə sudan çıxarılıb. Lakin suda batan sərnişinin avtomobilin içərisində tapılmayıb. Hazırda su kanalında boğulduğu ehtimal edilən şəxsin tapılması istiqamətində axtarışlar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı