Qazaxda yük maşını ilə atlını vurub öldürən sürücü hadisə yerindən qaçıb

Bakı-Qazax-Gürcüstan magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə magistral yolun 474-cü km-də, Qazax rayonu Qarapapaq kəndi ərazisində qeydə alınıb. Yük maşını Ağstafa rayon Dağkəsəmən kənd sakini, 54 yaşlı Yusifov Yunis Vəkil oğlunu Qazax rayonu ərazisindəki bulaqdan atla su apararkən vurub. Yunis Yusifov hadisə yerində ölüb, atın isə ayaqları sınıb. Hadisəni törədən sürücü avtomobillə birlikdə hadisə yerindən qaçıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli