Fransada terror aktı törədən Kuaşi qardaşları öldürüldü

Ötən gün Fransa xüsusi xidmət orqanları Səid və Şərif Kuaşi qardaşlarının tutulması üçün əməliyyata başlayıb. APA TV-nin məlumatına görə, Dammarten şəhərində mətbəədə gizlənən qardaşlar mətbəənin sahibini girov götürüblər. Hadisə yerinə xeyli polis qüvvəsi və helikopterlər cəlb olunub. Bir müddətdən sonra polis əməliyyata başlayıb və güclü partlayış səsləri eşidilib. “Charlie Hebdo” nəşrinin redaksiyasına hücum edən Şərif və Səid Kuaşi qardaşları məhv edilib. Qardaşların girov saxladığı mətbəənin sahibi isə xilas edilib.

 

Xatırladaq ki, yanvarın 8-də silahlılar “Charlie Hebdo” nəşrinin redaksiyasına  hücum edərək ofisdə olanlara atəş açıblar. Nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.

 

Müəllif | Apa.Tv
Apa.tv