Fransada mağazada gizlənən terrorçu 4 girovu güllələyib
Fransanın Dammarten-an-Qoel şəhərində girovların azad edilməsi üçün polisin həyata keçirdiyi əməliyyatda 4 girov ölüb. APA TV-nin məlumatına görə, Kuaşi qardaşlarının buraxılması tələbi ilə bir neçə nəfəri girov götürən Ahmedi Kulibali də məhv edilib. Polis nümayəndəsinin sözlərinə görə, mağazaya yanvarın 8-də Monruj şəhərində 26 yaşlı qadın polisi qətlə yetirən şəxs basqın edib. Telekanallar bu cinayətdə şübhəli bilinən 32 yaşlı qaradərili Amedi Kulibali adlı kişinin və bu işdə ona kömək edən ərəb əsilli Həyat Bumedyen adlı qadının şəkillərini yayımlayıb.
Polisin əməliyyatı zamanı mağaza mühasirəyə alınıb. İçəridəki terrorçunu məhv edən polis daha sonra girovların meyitini çıxararaq təcili yardıma təhvil verib. Hazırda Fransada təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb.