İstanbulda terror həyəcanı

İstanbulda terror aktı törətmək istəyən PKK üzvləri yaxalanıb. APA TV-nin məlumatına görə, İstanbulda alış-veriş mərkəzlərini partlatmaq istəyən 2 PKK üzvü Milli İstihbarat Təşkilatı və Kəşfiyyat və Terrorla Mübarizə qrupunun əməkdaşları tərəfindən təşkil olunan birgə əməliyyatda saxlanılıb.

Onların üzərində bomba tapılıb. PKK üzvləri sorğuya alınıb. Hadisə ilə bağlı hələlik geniş məlumat verilmir.

PKK terror təşkilatına bağlı qruplar sosial şəbəkələrdə alış-veriş mərkəzinə təşkil olunan hücumun yalan olduğunu və bunun gündəmi dəyişmək üçün atılan bir adım olduğunu bildirib.

Müəllif | Apa.Tv
Apa.tv