Neft ucuzlaşmaqda davam edir

Dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir. Nyu-York əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin qiyməti $0,43,  yəni 0,88% azalaraq 48,36 dollar olub.

 

Həftəlik nəticəyə görə, neftin qiyməti 8,2 faiz azalıb. Qiymətin azalması artıq 7-ci həftədir ki, davam edir.

 

APA TV-nin xəbərinə görə, eksperlər hesab edir ki, neftin qiymətini stabilləşdirmək üçün hasilatı dərhal azaltmaq lazımdır. Onlar "qara qızıl"ın qiymətinin hələ bir müddətə azalacağını istisna etmirlər. 

Müəllif | Apa.Tv
Apa.tv