Bakıda zəncirvari qəza: sürücünün meyiti avtomobildə sıxılıb - YENİLƏNİB

Bu gün səhər Qaradağ rayonu ərazisində minik avtomobilləri sərnişin avtobusu ilə toqquşub.

APA TV-nin FHN-in saytına istinadən verdiyi məlumata görə, “Daewoo” və “Mercedes” markalı minik avtomobillərinin “Daewoo” markalı sərnişin avtobusu ilə toqquşması nəticəsində “Daewoo” markalı minik avtomobili ağır deformasiyaya uğrayıb.

Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü Şükürov Saleh Məmmədbağır oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Baş Dövlət Yol Polisi İdarəsindən isə APA-ya bildirilib ki, minik avtomobillərinin sərnişin avtobusu ilə toqquşması nıəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova hadisə barədə bu gün saat 07:37-də məlumat daxil olduğunu bildirib. Hadisə nəticəsində 3 nəfər ağır vəziyyətdə-kəllə-beyin travması ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. Onun sözlərinə görə, 2 nəfər isə təcili yardım briqadaları hadisə yerinə gələnə kimi ətrafdakı insanlar tərəfindən Klinik Tibbi mərkəzə aparılıb.

 

Müəllif | Apa.Tv