ABŞ-da 150 maşın toqquşub, güclü partlayış olub - REAL GÖRÜNTÜ

ABŞ-da yolların buz bağlaması səbəbindən 150 maşın toqquşub. APA-nın NBS News-a istinadən verdiyi məlumata görə, Miçiqan ştatında baş vermiş hadisə nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb. Toqquşan avtomobillərin arasında petardaları daşıyan ağırtonnajlı nəqliyyat vasitəsi olub. İçərisində qarışqa turşusu olan qabları daşıyan digər yük maşını ilə toqquşma nəticəsində həmin maşında olan pirotexniki vasitələr partlamağa başlayıb. Bu isə yanğına səbəb olub. Sonradan yanğın digər avtomobillərə keçib.

Müəllif | Apa.Tv
Apa.tv