Bakıda naməlum şəxs intihar edib
Bakıda intihar hadisəsi qeydə alınıb. Binəqədi rayonu ərazisində zeytun bağlarında 50-55 yaşı olduğu kişi özünü ağacdan asıb. Onun kimliyi müəyyənləşdirilməyib. Vesti.az-ın məlumatına görə, hadisə yerinə 7-ci polis bölməsinin və prokurorluğun əməkdaşları gəlib. Onun ciblərindən heç şəxsiyyətini təsdiqləyəcək heç bir sənəd çıxmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.