Siyəzəndə 42 yaşlı kişini elektrik cərəyanı vurub
Ötən axşam Siyəzən rayonunda bədbəxt hadisə baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, Şabran rayonu, Çuxurzəmi kənd sakini, 1973-cü il təvəllüdlü Babayev Fərman Əliağa oğlunu elektrik cərəyanı vurub. Elektrik dirəyindən yerə yıxılan Fərman Babayev müxtəlif dərəcəli sınıq xəsarətləri də alıb. O, Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. 42 yaşlı Fərman Babayevin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.