Almaniyada Məhəmməd Peyğəmbərin karikaturasını yaymaq qadağan edildi

Almaniyada Məhəmməd Peyğəmbərin karikaturaları qadağan edilib.  PEGİDA-nın ("Qərbin islamlaşmasına qarşı vətənsevərlər qrupu") Leypsiq şəhərindəki qanadı olan LEGİDA-nın təşkil etdiyi nümayişlərdə Məhəmməd peyğəmbərin karikaturalarının göstərilməsi yasaqlanıb. Leypsiq şəhər rəhbərliyinin Parisdəki terror hücumundan sonra qəbul etdiyi qərarı bu gündən etibarən qüvvəyə minir. "Frakfurter Allgemeine" qəzetinin xəbərinə görə, şəhər meriyasının sözçüsü qadağa qərarının nümayiş və toplaşma maddələrinə uyğun olaraq qəbul edildiyini deyib. Sözçü "Paris olaylarından sonra Məhəmməd Peyğəmbərin karikaturalarının gərginli yaradacağını düşünürük", deyə bildirib. Qadağaya əməl edilməsinə görə məsuliyyəti təşkilatçılar daşıyır.

APA TV-nin xəbərinə görə, Azad Demokratlar Partiyasından olan bələdiyyə məclisinin üzvü Rene Hobuş qadağanı tənqid edərək, qərarı senzura və söz azadlığının məhdudlaşdırılması kimi qiymətləndirib.

Müəllif | Apa.Tv
Apa.tv