Mingəçevirdə 14 yaşlı qız dəm qazından ölüb

Mingəçevirdə 14 yaşlı qız dəm qazından boğulub. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə şəhərin məcburi köçkünlər yaşayan “Yeni həyat” qəsəbəsində qeydə alınıb. Şəhər Polis Şöbəsindən bildirilib ki, 2001-ci il təvəllüdlü Türkanə Abdullayevanın meyiti yaşadığı evin hamamında tapılıb. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsində müayinə edilib.

 

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həkimi Qızbəsti Hüseynova deyib ki, qohumları onun dəm qazından zəhərləndiyini deyib.

 

Məlumata görə, Türkanə Abdullayeva kustar üsulla quraşdırılan su qızdırıcısının nasazlığı səbəbindən içəri daxil olan dəm qazından boğulub.

 

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov