Ağstafada dünən nişanlanan oğlan qəzada öldü

Ağstafada ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə rayonun Poylu kəndi ərazisində qeydə alınıb. Ağstafa rayon Aşağı Kəsəmən kənd sakini, 26 yaşlı Elçin Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarına aşırıb. Qəza nəticəsində sürücü ölüb, maşında olan sərnişinlər - Aşağı Kəsəmən kənd sakinləri, 19 yaşlı Qara Məmmədov, 25 yaşlı Emin Pənahov, eyni yaşda olan Tərlan Hüseynli müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

 

Məlumata görə, ölən Elçin Məmmədovun dünən nişan mərasimi olub.
Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Azər Məmmədli