Prokurorluq orqanlarında yeni təyinatlar

Azərbaycanda prokurorluq orqanlarında yeni təyinatlar olub. Baş Prokurorluğun mətbuat xidmətindən APA -ya verilən məlumata görə, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlərlə baş prokurorun köməkçisi Anar Nəsibov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin rəisi Rövşən Əliyev Baş Prokurorluğun Təşkilat-Analitik İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib, onun yerinə isə Baş prokurorun digər köməkçisi Orxan İsayev təyinat alıb. Baş prokurorun köməkçisi Günay İsmayılova Baş Prokurorluğun kadrlar idarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

 

Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat şöbəsinin rəisi Vüqar Əliyev də tutduğu vəzifədən azad edilib və ona Nərimanov rayon prokurorunun vəzifəsinin icrası tapşırılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv