Bakıda 2 nəfərin ölümü ilə nəticələnən qəzanı törədən sürücü tutulub

Qaradağ rayonunda ağır yol qəzası törədən sürücü həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 10-da Cabbarov Yasin Çərkəz oğlu idarə etdiyi “Nexia” markalı 25-BE-270 dövlət nömrə nişanlı avtomobillə Qaradağ rayonu ərazisində, Bakı-Salyan yolunun 14-cü km-də Bakı şəhəri istiqamətində hərəkətdə olarkən idarə etdiyi avtomobili yolun sağ kənarında quraşdırılmış dəmir yolayrıcına vurub. Nəticədə avtomaşında olan sərnişinlər Sadıqov Altay Elman oğlu və Hacıyeva Yasəmən Talıb qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüb, avtomobildə olan digər sərnişin Bayramova Həcər Faiq qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, Y. Cabbarov barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif | Apa.Tv
Apa.tv