Moskvada azərbaycanlı taksi sürücüsü qətlə yetirilib

Rusiya paytaxtında azərbaycanlı taksi sürücüsü qətlə yetirilib. APA TV-nin Moskva müxbirinin verdiyi xəbərə görə, "Hyundai Solaris" markalı avtomobilin adı açıqlanmayan 48 yaşlı azərbaycanlı sürücüsü dekabrın 27-də itkin düşüb. Azərbaycanlının çalışdığı taksi şirkəti hüquq-mühafizə oqranlarına əməkdaşının itkin düşməsi ilə bağlı məlumat verib. Məlum olub ki, 48 yaşlı azərbaycanlı sürücü qətlə yetirilib. Qətl törətməkdə şübhəli bilinən Tacikistan və Özbəkistan vətəndaşları saxlanılıb. Onlar əməllərini etiraf ediblər və bildiriblər ki, dekabrın 30-da azərbaycanlı sürücünün başına travmatik tapançadan atəş açıblar. Daha sonra onu şalvar kəməri ilə boğublar. Cəsədini isə qətlin baş verdiyi yerdən bir az aralıda basdırıblar. Onlar yanvarın 4-də də azərbaycanlı taksi sürücüsünün çalışdığı taksi şirkətində çalışan daha bir taksi sürücüsünü bənzər şəkildə qətlə yetirdiklərini bildiriblər. Cinayətkarlar öldürdükləri şəxslərin üzərində olan pulu (10-15 min rubl) və mobil telefonu götürdükərini də deyiblər.

 

Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları hər iki qətlin quldurluq məqsədi ilə törədilmədiyini güman edir. Onların fikrincə, qətllər taksi fəaliyyəti ilə məşğul olan iki böyük şirkət arasındakı rəqabət fonunda baş verib. Bir taksi şirkəti onun bazarına girdiyi üçün digər şirkətin taksi sürücülərinin qətlini sifariş verib.  APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, taksi şirkətlərinin birinin sahibi milliyyətcə azərbaycanlıdır.

 

Müəllif | Apa.Tv
Apa.tv