Ağdaşda yırtıcı quşlar qoyun sürüsünə hücüm edib
Ağdaş rayonunda yırtıcı quşlar qoyun sürüsünə hücüm edib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saatlarında rayonun Cardam kəndində baş verib. Kənd sakini Murad Xəlilov örüş sahəsində qoyunları otardığı vaxt gözlənilməz hadisə ilə qarşılaşıb.
Kənd sakini deyir ki, vəhşi quşların öldürdüyü xırdabuynuzluların cəsədlərinin bəzilərini yırtıcılar aparıb. Yırtıcı quşlar ümumilikdə 3 baş qoyunu öldürüb, 4-nü isə yaralayıb. Vəhşi quşların təkrar qayıdacağından, sakinlərə və heyvanlara hücüm edəcəyindən narahat olan sakinlər vəhşi quşların qartal və ya quzğun olduğunu iddia edirlər.