Bakıda cinayətkar polisə yaxalanmamaq üçün özünü bıçaqladı

Paytaxtın Xətai rayonunda polisə təslim olmaq istəməyən şəxs özünü  bıçaqlayıb. APA TV-nin məlumatına görə, hadisə Aşıq Qərib küçəsi ev 25 ünvanında qeydə alınıb. 37-ci polis bölməsinin əməkdaşlarıın keçirdiyi  axtarış əməliyyatları nəticəsində bir il öncə Yevlax rayonunun Tanrıqullar kəndində həmyerlisi Asif Məmmədzadəni xuliqanlıq zəminində  bıçaqladığı üçün axtarışda olan 23 yaşlı Pərviz Mirzəyevi “NZS“ qəsəbəsində saxlamaq istəyərkən şübhəli şəxs özünə xəsarət yetirib. Bölmənin əməkdaşları cinayət törətdiyinə görə bir il axtarışda olan Pərviz Mirzəyevi yaralı vəziyyətdə 1 saylı kliniki tibbi mərkəzə çatdırıblar. Dərhal əməliyyata götürülən yaralının həyatı təhlükəsi aradan qaldırılıb. Xəstəxanadan verilən məlumata görə, Pərviz Mirzəyevin vəziyyəti ağır stabildir.

 

Qeyd edək ki, həmkəndlisini bıçaqlayan Pərviz Mirzəyev hadisədən sonra Bakıya qaçaraq burada gizlənib.

 

Saxlanılan şəxs aidiyyatı üzrə Yevlax Rayon Polis Şöbəsinə təhvil verilib.

 

Müəllif | Apa.Tv