Kürdəmirdə 62 yaşlı qadın su quyusuna düşərək ölüb
Kürdəmir rayonunda bədbəxt hadisə baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Muradxanlı kəndində qeydə alınıb. Kənd sakini 62 yaşlı Tahirə Abbasova həyətdəki su quyusuna düşüb. Yaxınları onun meyitini həyətlərindəki su quyusundan tapıblar.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.