Kamerunda “Boko Haram”ın 143 silahlısı məhv edilib

Kamerunun Silahlı Qüvvələri “Boko Haram” terror qruplaşmasının təxminən 143 üzvünü məhv edib. APA TV-nin "France-Presse" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Kamerun hökuməti bəyan edib.

 

Məlum olduğu kimi, yanvarın 12-də “Boko Haram” silahlıları Kamerunun Kolofata şəhərində yerləşən hərbi bazaya hücum ediblər. Şəhərdə şiddətli atışmaların getdiyi bildirilir. Əhali isə Kolofatanı kütləvi şəkildə tərk etməkdədir.

 

Müəllif | Apa.Tv
Apa.tv