ATƏT: Donetskdə vəziyyət gərginləşib

ATƏT-in Ukraynadakı müşahidəçilər missiyası yanvarın 10-u və 11-də Donetsk ətrafında atəşkəs rejiminin pozulması hallarının əhəmiyyətli dərəcədə artdığını qeyd ediblər. APA TV-nin məlumatına görə, bu barədə missiyanın gündəlik hesabatında bildirilir. “ATƏT nümayəndələri Donetsk hava limanına yaxın ərazilərdə çoxsaylı insident və artilleriyadan istifadə edilmə faktının şahidi olublar”, sənəddə deyilir.

 

Qeyd edək ki, yanvarın 15-də Astanada nəzərdə tutulmuş Ukrayna üzrə dövlət başçıları səviyyəsində “normand formatlı” görüş təxirə salınıb. “Normand dördlüyü”nün (Ukrayna, Rusiya, Fransa, Almaniya) xarici işlər nazirləri yanvarın 12-də Berlində görüşüblər.

 

Müəllif | Apa.Tv
Apa.tv