Ronaldo 3-cü dəfə “Qızıl top”un sahibi olub
FİFA 2014-cü il üçün dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb. APA TV-nin məlumatına görə, İsveçrənin Sürix şəhərində keçirilən mərasimdə bu ada Portuqaliya millisinin və “Real” (Madrid) klubunun futbolçusu Kriştianu Ronaldo layiq görülüb.
Səslərin 37,66 faizini toplayan Kriştianu Ronaldo rəqibləri argentinalı Lionel Messi (15,76%) və alman Manuel Noyeri (15,72%) qabaqlayıb.
Qeyd edək ki, K.Ronaldo bu mükafata artıq üçüncü dəfədir, layiq görülür. O, 2008 və 2013-cü illərdə də dünyanın ən yaxşı futbolçusu seçilib.