Cəlilabadda 2 başlı, 7 ayaqlı və cinsiyyəti olmayan buzov doğulub

Cəlilabad rayonunda anomal təbiət hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, Sabirabad kənd sakini Zahir Şahbazova məxsus fərdi təsərrüfatda inəklərdən biri 2 başı, 7 ayağı və 2 quyruğu olan buzov doğub. Cinsiyyəti məlum olmayan buzov doğulandan bir neçə dəqiqə sonra ölüb. Təsərrüfat sahibinin sözlərinə görə, sancılanan inək bir gün ağrıdan əziyyət çəkib. Yerli baytar həkiminin müdaxiləsindən sonra qarnında gəzdirdiyi yükdən xilas ola bilib.

 

Anomal hadisə təkcə inəyin sahibi Zahir Şahbazovu deyil, eləcə də mütəxəssisləri heyrətləndirib. Onlar ömürlərində ilk dəfə belə bir hadisə ilə rastlaşdıqlarını bildiriblər. 

 

Zahir Şahbazovun dediyinə görə, inək bundan əvvəl  3 bala verib və  onların hamısı sağlam doğulub.

 

Müəllif | Apa.Tv