”Charlie Hebdo” Məhəmməd peyğəmbərin karikaturasını yenidən çap edəcək
"Mən Şarliyəm". Fransada nəşr olunan və islam peyğəmbərinin karikaturasını dərc edərək qanlı hadisələrə səbəb olan "Charlie Hebdo" bu başlıqla yeni buraxılışa hazırlaşır. Jurnal yenidən Məhəmməd peyğəmbərin karikaturasını nəşrin üz qabığında yerləşdirib. İslam peyğəmbəri karikaturada məhz bu sözlər yazılan plakatı əlində tutub, onun başı üzərində isə "Çox sadə" sözləri yazılıb. 60 min tirajla çap olunan "Charlie Hebdo"nun növbəti buraxılışının sifarişi 3 milyon nüsxədir. Xatırladaq ki, məhz bu karikaturaya görə, yanvarın 8-də Parisdə jurnalın redaksiyasında 12 nəfər güllələnərək öldürülüb. Redaksiya heyəti yeni buraxılışla onların xatirəsini yad etmək üçün bu addımı düşünüb. "Biz bu nömrədə Kabyunun, Jorjun, Onerenin, Tinyusun, Şarbanın hələ heç yerdə yayımlanmayan fotolarını da dərc edəcəyik, bütün bunlar bizim üçün bir təskinlik olacaq" deyə jurnalın əməkdaşı Patrik Pellu bildirib.