Hava yağmursuz və küləkli olacaq
Yanvarın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, Bakıda bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3, gündüz 6-8 dərəcə isti olacaq.
Bölgələrdə də əsasən, yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər bəzi yerlədə duman gözlənilir. Qərb küləyi əsəcək. Ayrı-ayrı yerlədə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 5-10 şaxta gündüz -0-5 isti olacaq.