Bakıda cibgirlik edən 4 gürcü tutulub

Bakı şəhər Baş Polis İdarəsi Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 24-cü polis bölməsi əməkdaşları Bakıda cibgirliklə məşğul olan  4 Gürcüstan vətəndaşını yaxalayıblar. APA TV-nin xəbərinə görə, əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın Naxçıvanski küçəsi 38-də yerləşən bazarda Bakı şəhər sakinləri – Mərdan Qənbərovun cibindən 52 manat, Əlif Orucovun cibindən 242 manat pulunu cibgirlik yolu oğurlamaqda şübhəli bilinənlər 1977-ci il təvəllüdlü Goqolodze Georqia Merlakoviç, 1981-ci il təvəlüdlü Geduadze Guram Giorgeviç, Eristavi David Meraboviç və 1980-ci il təvəllüdlü Kereselidze Mindia Nudaroviç tutulub. Şübhəli şəxslərin üzərinə baxış zamanı G.Goqolodzedən 2,035 qram, G.Gequhadzedən 1,942 qram, D.Eristavidən 1,919 qram və M.Kereselidzedən 2,310 qram tiryək aşkarlanıb. Bu şəxslərin Bakı şəhərində digər oğurluqlarda da iştirakı istisna olunmur.  

 

Müəllif | Apa.Tv