Bakı metrosunda kütləvi dava: Metropolitenə ziyan dəyib
Bakı Mertopoliteninin Elmlər Akademiyası stansiyasında gənclər arasında kütləvi dava olub. Eskalatorda mübahisə edən gənclərin söz davası daha sonra əlbəyaxaya çevrilib. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin APA TV-yə verdiyi xəbərə görə, hadisə zamanı metronun əmlakına maddi ziyan dəyib. Dava eskalatorda baş verdiyindən buradakı 2-3 plofon sındırılıb. Təxminən 13:21 radələrində eskalatorun fəaliyyəti dayandırılıb, 13:32 də isə bərpa edilib.
Qeyd edək ki, dava baş verən zaman insan axınının qarşısının alınması üçün stansiyanın giriş-çıxışı bağlanıb.
Faktla bağlı araşdırma aparılır.