Beyləqanda dəhşət: gənc oğlan 52 yaşlı qadının boğazını kəsdi

Beyləqanda dəhşətli qətl törədilib. Şəhərdəki 1 saylı yataqxanada yaşayan, 1962-ci il təvəllüdlü Məlaikə Hüseynovanın boğazı kəsilib. Vesti.az-ın məlumatına görə, onun boğaz nahiyəsində 3 bıçaq xəsarətinin izi aşkarlanıb. Zərbələrdən ikisi öldürücü olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tural Bəhmənov adlı şəxs saxlanılıb. O, mərhumun qonşusudur. Hazırda qətlin başvermə səbəbləri aydınlaşdırılır. Hadisə ilə bağlı cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv