Gəncədə 51 yaşlı qadını maşın vurub

Gəncədə yolu keçmək istəyən qadını maşın vurub. APA TV-nin xəbərinə görə, hadisə şəhərin Tağı Aranı küçəsində baş verib. Gəncə şəhər sakini, 1964-cü il təvəllüdlü Ümid Oktay oğlu Əmiraslanov idarə etdiyi “VAZ21011” markalı minik  avtomobili ilə yolu keçmək istəyən 1964-cü il təvəllüdlü Kəsirə Cəfər qızı Əsgərovanı vurub. Sürücü müxtəlif bədən xəsarətləri alan yaralı qadını Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırıb. 51 yaşlı qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Daha sonra xəstə övladlarının istəyi ilə şəhərdəki digər bir klinikaya  köçürülüb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli