Prezident İlham Əliyev Sumqayıta səfər edib

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 13-də Sumqayıt şəhərinə səfər edib. Dövlət başçısı Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, Nəsimi adına şəhər mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olub. Bildirilib ki, parkda yerləşən Şəhidlər xiyabanının yaxınlığındakı ərazidə geniş abadlıq işləri aparılıb, “20 Yanvar” və “Xocalı” abidələri ucaldılıb.

 

Dövlət başçısı daha sonra Sumqayıt tekstil fabrikinin açılışında iştirak edib. Prezident İlham Əliyev fabriki işə salıb, istehsal prosesini izləyib, hazır məhsullara baxıb.

 

Prezident İlham Əliyev Sumqayıta səfəri çərçivəsində Gənclər Evinin açılışında da iştirak edib. Dövlət başçısı burada yaradılan şəraitlə tanış olub. Sonra Prezident İlham Əliyev Sumqayıtda yeni tikilmiş Yaşıl teatrda yaradılan şəraitlə maraqlanıb.

 

Beton məmulatı zavodunun açılışında da iştirak edən prezident İlham Əliyev zavodu işə salıb. Məlumat verilib ki, illik istehsal gücü 140 min metr müxtəlif diametrlik beton boru və 500 min kvadratmetr beton döşəmə daşı olan zavodda ən müasir texnologiya tətbiq edilib. Yeddi istehsal sahəsindən ibarət bu zavod avadanlığın həcminə görə Şərqi Avropada analoqu olmayan ən böyük müəssisədir.

Müəllif | Apa.Tv