Bulvarda meyiti tapılan qadın intihar edib - RƏSMİ

Dənizdən meyiti tapılan qadının şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Səbail Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, aparılan əməliyyat istintaq tədbirləri nəticəsində  yanvar ayının 10-da Bayraq Meydanının yaxınlığında Xəzər dənizində meyiti tapılan qadının intihar etdiyi məlum olub.

 

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

 

Polisdən mərhumu tanıyanlardan Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin növbətçi hissəsinə (012-491-02-02) müraciət etmələri xahiş edilir.

 

Qeyd edək ki, yanvarın 10-da Dənizkənarı Milli Parkın ərazisində dənizdə üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı qadın meyiti tapılıb.

Müəllif | Apa.Tv
Apa.tv