"Bakı-2015"-in mədəniyyət elçiləri müəyyənləşdi

"Bakı-2015" Avropa Oyunlarında möhtəşəm idman bayramının elçiləri olacaq  Azərbaycan 13 mədəniyyət nümayəndəsinin adları açıqlanıb. Seçilmiş ulduzlar oyunlarla bağlı marketinq kampaniyalarında, həmçinin "Bakı-2015"-in geniş şəkildə qeyd ediləcək möhtəşəm tədbirlərində iştirak edəcəklər. APA TV-nin xəbərinə görə, elçilər müğənnilər Tünzalə Ağayeva, Röya, Eldar Qasımov və Nigar Camal, Miri Yusif, aktyorlar Bəhram Bağırzadə, Rəfael İsgəndərov-Coşqun Rəhimov, Tahir və Cabir İmanovlar və musiqiçi "DJ Shock"dur. Tanınmış aparıcılar Murad Dadaşov və İlkin Həsənli də bu sıradadır.  

 

Ulduz elçilərin iyun ayının 12-də başlayacaq idman tədbiri haqqında müraciətlərini və mesajları "Bakı-2015" Avropa Oyunlarının Azərbaycan və Avropada geniş tamaşaçı kütləsinə çatdırılmasına imkan yaradacaq.

 

Qeyd edək ki, "Bakı-2015" ümumilikdə 20 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı Olimpiya idman növü, 4-ü qeyri-olimpiya idman növüdür. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançı 17 gün ərzində Azərbaycanda olacaq.

 

Müəllif | Apa.Tv