Bakıda 30 yaşlı piyadanı maşın vurdu

Ötən gecə Bakının Xətai rayonunda yolu keçmək istəyən piyadanı maşın vurub. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Yusif Səfərov küçəsində qeydə alınıb. 30 yaşlı Rüstəmov Sahib Ələddin oğlu "Kia" markalı minik maşını ilə vurulub.

 

İlkin məlumata görə, piyada qəfildən yolun əks istiqamətinə keçmək istəyib. Həm Sahib Rüstəmovun, həm də maşının sürücüsünün diqqətsizliyi 30 yaşlı piyadanın xəsarət alması ilə nəticələnib. Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

 

Xəstəxanadan APA TV-yə verilən məlumata görə, sol budu sınan və üz toxumaları zədələnən Sahib Rüstəmov əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

 

Qəzanın təfərrüatını Xətai Rayon Polis İdarəsinin müstəntiqləri araşdırır. Faktla bağlı cinayət işi başlanılıb.

 

Müəllif | Apa.Tv