Yasamalda 18 yaşlı oğlan bıçaqlandı

Bakıda 18 yaşlı gənc bıçaqlanıb. APA TV-nin məlumatına görə, hadisə Yeni Yasamal-1 qəsəbəsində baş verib. Qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya çatdırılan gəncin həyatını həkimlər xilas ediblər.

 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Yasamal Rayon Polis İdarəsnin 29-cu Polis Bölməsinin ənəkdaşları araşdırmalara başlayıblar.

 

İlkin araşdırma zamanı bıçaqlanan gəncin şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb. Yalnız o məlumdur ki, 18 yaşlı zərərçəkənin adının Rza, atasının adının Bahadur olduğu bildirilir. Amma polis əməkdaşları onunla bağlı ətraflı məlumat toplaya bilməyiblər. Çünki, həkimlər əməliyyat olunan yaralının dindirilməsinə icazə vermirlər.

 

Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb. Amma hadisənin təfərrüatı və 18 yaşlı Rzanı kimin bıçaqladığı hələ məlum deyil. Yaralının dindirilməsi mümkün olduqda, hadisənin detallarına onun ifadəsi aydınlıq gətirəcək.

 

Müəllif | Apa.Tv