Lənkəranda yumurtadan təkqanadlı cücə çıxıb
Lənkəranda yumurtadan təkqanadlı cücə çıxıb. APA TV-nin cənub bürosunun məlumatına görə, bu anomal hadisə rayonun Tütəpeştə kənd sakini, 80 yaşlı Əminə Əliyevaya məxsus fərdi təsərrüfatda qeydə alınıb. Yaşlı qadının iki ay öncə basdırdığı kürt toyuğun çıxardığı balalardan biri təkqanadlı olub.
Bununla belə, cücənin qüsurlu bədən quruluşu onun sərbəst yeriməsinə, digər ev quşları ilə birlikdə normal qidalanmasına mane ola bilmir.