İŞİD "Rusiya casusları"nı 10 yaşlı uşağa güllələtdi - VİDEO
İŞİD terrorçularının cihadçı kimi təqdim etdikləri 10 yaşlı oğlandan cəllad kimi istifadə ediblər. Azyazlının 2 nəfəri güllələyərək qətlə yetirməsi hadisəsi lentə alınıb və sosial şəbəkələrdə yayılıb. APA TV-nin xəbərinə görə, videoda bir İŞİD terrorçusu yanında əli silahlı bir uşaq və qarşılarında əlləri bağlı rus kəşfiyyatçıları olduğu iddia edilən iki şəxs durduğu görünür. Ruslara casasluq etdiyi iddia olunan həmin şəxslərin mühakiməsindən sonra özünü "Xəlifənin körpə aslanı" kimi təqdim edən uşaq onları silahla öldürür.
Rəsmilər bu iki nəfərin öldürülüb-öldürülmədiyini təsdiqləyən açıqlama verməsə də, araşdırmaçı Çarli Vinter "Gerçək olsun ya da olmasın, belə bir görüntüdə 10 yaşlı bir uşağın istifadə edilməsi şok edicidir. İŞİD daha öncə də videolarında uşaqları istifadə edib, ancaq bu tamamən fərqlidir", deyə bildirib.
Bundan başqa, uşağın İŞİD-in əvvəlki videosunda yer aldığı, bir klipində isə silahdan atəş açdığı da deyilir.