Şirvanda "VAZ 2106" treylerə çırpıldı: xəsarət alan var
Şirvanda gecə saatlarında avtoqəza baş verib, sürücü yaralanıb. APA TV-nin Mil-Muğan bürosuna Şirvan Şəhər Polis Şöbəsindən verilən məlumata görə, hadisə “Köhnə şəhər” yaşayış massivində qeydə alınıb. Şəhər sakini, 1985-ci il təvəllüdlü Xankişiyev Natiq Həsən oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomobillə sürətlə ötmə əməliyyatı zamanı Masallı rayonu Musaküçə kənd sakini 1990-cı il təvəllüdlü Qasımov Elçın Yaqut oğlunun idarə etdiyi "DAF" markalı treylerə çırpılıb.
Nəticədə "VAZ 2107"-nın sürücüsü yaralanaraq, Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Avtomobil isə tamamilə yarasız hala düşüb. Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.