Nigeriyada vəba qurbanlarının sayı 90-a çatdı
Nigeriyada vəba epidemiyasından ölənlərin sayı 90-a çatıb. APA TV-nin "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin cənubundakı River ştatında 171 nəfər xəstəliyə yoluxub, onlardan daha 20 nəfəri ölüb.
Qeyd edək ki, yeni il girəndən Nigeriyada vəba xəstəliyindən 70 nəfər dünyasını dəyişib. İnfeksiyanın bu cür artmasına səbəb sanitariya şəraitinin kifayət qədər yaxşı olmaması, çirkli sudan istifadə və şəhərin küçələrində qalaqlanan zibil olub.
Nigeriya hökuməti sakinləri gigiyena qaydalarına riayət etməyə çağırıb və küçələrin təmizlənməsi kampaniyasına başlayıb. Yerli hökumət epidemiyanın inkişafı və yayılmasının qarşısının alınması üçün preparatların mövcud olduğunu da bildirib.