Bakıda "London" taksisi ilə toqquşan yük maşınının sürücüsü qaçıb

Ötən gecə paytaxtın Yasamal rayonu ərazisində "London" taksisi ilə "Shacman" markalı yük maşını toqquşub. APA TV-nin məlumatına görə, Natiq Babayevin idarə etdiyi "London taksisi" Əbdürrəhim Bəy Haqverdiyev küçəsi ilə "İnşaatçılar" prospekti istiqamətində hərəkətdə olarkən "Shacman" onun yoluna çıxıb.


Hadisə zamanı taksidə sürücüdən başqa heç kəs olmayıb. Qəza xəsarətsiz ötüşsə də, "London taksisi" yararsız hala düşüb.

 

Qeyd edək ki, hadisə yerinə yol polislərinin gəldiyini görən "Shacman"ın sürücüsü qaçıb. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv