İraqda 40 İŞİD terrorçusu belə öldürüldü - VİDEO
İraq Müdafiə Nazirliyi İŞİD-in 40 terrorçusunun məhv edildiyi barədə məlumat yayıb. Nazirlik terrorçuların öldürülməsi zamanı çəkilən video-görüntünü də paylaşıb. Görüntülərdə İraq Hava Qüvvələrinin təyyarələri Anbar vilayətinin Cəzirə və Badiyə bölgələrində İŞİD terrorçularının toplanma yerlərinə dəqiq zərbələr endirir. APA TV-nin xəbərinə görə, nazirliyin yaydığı videodan görünür ki, zərbələri hiss edən terrorçular qaçmağa çalışır. Təyyarə kamerasından qeydə alınan görüntülərdə İŞİD-in olduğu fərqli nöqtələr nişan alınır. Hücumlar nəticəsində azı 40 terrorçunun öldürüldüyü bildirilir.