Prezident İlham Əliyev Əhməd Davudoğlu ilə görüşüb

Yanvarın 14-də Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin naş naziri Əhməd Davudoğlu ilə görüşüb.


Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Ölkələrimizin birgə həyata keçirdiyi layihələrin əhəmiyyətinə toxunulub, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin önəmi vurğulanı. Azərbbaycan-Türkiyə əlaqələrinin regional əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyi qeyd edili.b

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyi bildirilib. Ölkələrimiz arasındakı dostluq əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Əhməd Davudoğlu birgə nahar ediblər.
 

Müəllif | Apa.Tv
Apa.tv