Xaçmazda maşın 65 yaşlı kişini vurub öldürdü
Bu gün Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz – Quba yolunun 3-cü km-də, Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Tərtər rayon sakini 1993-cü il təvəllüdlü Həsənov Əfqan Elxan oğlu idarə etdiyi “Ford” markalı maşınls yolu keçmək istəyən 1950-ci il təvəllüdlü Mustafayev Səhrab Mustafa oğlunu vurub. Piyada aldığı xəsarətdən ölüb.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.