Xaçmazda iki maşın toqquşdu, sürücü hadisə yerindən qaçdı
Dünən axşam saatlarında Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə Məhəmməd Əmin Rəsulzadə və Rəfibəyli küçələrinin kəsişməsində qeydə alınıb. Xaçmaz şəhər sakini, 24 yaşlı Azayev Fuad Sultan oğlunun idarə etdiyi “VAZ 21099” markalı maşınla “Mercedes” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində “VAZ 21099”un sürücüsü xəsarət alıb. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərilən sürücü evə buraxılıb.
“Mercedes”in sürücüsü isə hadisə yerindən qaçıb.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.