Bakıda dəfələrlə məhkum olunmuş cibgir yenə tutulub
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cibgirlikdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 39 yaşlı Mehman Məhəmmədəli oğlu Qurbanov saxlanılıb. APA TV-nin xəbərinə görə, saxlanılan şəxsin üzərinə bölmədə keçirilən baxış zamanı narkotik maddə hesab edilən tiryək də aşkar olunaraq götürülüb. Məlum olub ki, saxlanılan şəxs cibgirlik əməllərini şəhər ərazisində fəaliyyət göstərən marşrut avtobuslarında törədib.
Qeyd edək ki, təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşayıb. Mehman Qurbanovla söhbət etmək cəhdimiz isə baş tutmayıb.
Faktla bağlı Yasamal rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, aradırmalar davam edir.