Ermənistanda etirazlar: Rusiya bayraqları ayaqları altında!
Gümrü şəhərində rus hərbçinin bir ailəni qətlə yetirməsinə etirazlar Ermənistanda pik həddə çatıb. Sosial şəbəkələr vasitəsi ilə əlaqə saxlayan qruplar müxtəlif şəhərlərin meydanlarında toplanır. Vesti.az-ın erməni saytlarına istinadən verdiyi məlumata görə, ölkənin hər yerində Rusiya bayraqları aksiyaçılar tərəfindən təhqir olunur. Youtube-də yayımlanan kadrlarda bu, açıq-aşkar görünür. Bir erməni Rusiya bayrağını asıldığı yerdən çıxarır və onu ayaqlar altına atır. Ətrafdakılar isə bunu alqışlayırlar.